1988-ci ildə "Bakı Payızı-88" müsabiqəsində iştirak edərək finala çıxıb.

1994-cü ildə Zülfiyyə Xanbabayeva Vaqif Gərayzadənin "Aypara" qrupunda cıxış etməyə başlayır. Qrupdan ayrıldıqdan bir müddət sonra solo karyerasına başlamışdır.

1999–cu ildə ilk klipi – “Demirəm”, 1 il sonra ilk studiya albomu – “Gecə” işıq üzü görüb, eyni ildə ilk solo konserti ilə Respublika Sarayında çıxış edib.

2002–ci ildə 2–ci studiya albomu – “Sən Gedən Gündən” təqdim olunub. 2003–cü ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb.

Eyni ildə Azəbaycanda ilk dəfə kinolentə çəkilən “Qəlbinə Yol” klipi və eyni adlı 3–cü studiya albomu işıq üzü görüb. 2004–cü ildə 4–cü studiya albomu işıq üzü görüb. 2005–ci ildə “Canım Məmləkətim” adlı turne layihəsi ilə Azərbaycanın ən böyük inzibati mərkəzlərində konsert proqramı ilə çıxış edib.

2008-ci il 17 sentyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Xalq artisti adına layiq görülüb. 2009–cu ildə 5–ci studiya albomu – “Dəniz” işıq üzü görüb.

22 klipi, 5 studiya albomu var. Ailəlidir. Bir qız övladı var.